Restoranlar üçün

Masaları doldur, qonağı geri qaytar.

Real-time rezervasiya, qonaq analitikası və NamNam loyallıq — hamısı bir paneldə.

Sənəd tələb olunmur 24 saat ərzində əlaqə
MINK Business — məkanınızı MINK-ə qoşun
Tanış problem

Rezervasiyanı itirmirsən — izini itirirsən.

Sorğular zəngdən, Instagramdan, WhatsApp-dan gəlir — hansına cavab verdiyinizi yadda saxlaya bilmirsiniz.

Kanallar

Rezervasiyalar dağılır

Zəng, Instagram DM, WhatsApp — sorğular fərqli kanallara bölünür, heç biri bir yerdə görünmür.

Doluluq

Masa boş qalır

Qonaq gəlmir, xəbər də vermir. Masa axşam boyu boş qalır, gəlir geri qayıtmır.

Kampaniya

Doğru adama çatmır

Endirim paylaşılır, amma restoran axtaran adamın qarşısına çıxmır.

Qərar

Hisslə verilir

Hansı saat dolur, kim geri qayıdır — rəqəm yoxdursa, hər qərar təxmindir.

Görünməyən xərc

Kiçik axsaqlıq unudulmur — ağızda acı dad qalır.

Müraciətdə gecikmə, əməliyyatda kiçik səhv, təkrar yazılmayan qonaq — bunlar sizin gözünüzdən yayına bilər, amma qonağın yadında acı dad kimi qalır.

01

Müraciət mərhələsi

Sorğular fərqli kanallara bölünür, izləmək çətinləşir.

02

Operasiya mərhələsi

Əl ilə təsdiq və xatırlatma həm vaxt aparır, həm də səhv riski yaradır.

03

Geri dönüş mərhələsi

Loyallıq sistemi olmadıqda qonaqla münasibət birdəfəlik qalır.

Nəticə: masa doluluğu, komandanın vaxtı və qonaq dəyəri tam istifadə olunmur.
Panel

Bütün idarəetmə bir paneldə.

İdarəetmə nə qədər sadədirsə, xidmət bir o qədər sadə olur.

Bugünkü rezervlər, təsdiqlər və ləğvlər — bir baxışda.

Rezervasiya qaydaları, vaxt ayarları və bağlı saatlar — özün təyin et.

Menyu, Mink Set, rəylər və hesabat bölmələri — hamısı içəridə.

Panel MINK Business tətbiqindədir — iOS və Android.

MINK Business — rezervasiya paneli
Yeni rezervReal vaxtda gəlir — bir toxunuşla təsdiqlə.
QR check-inQonaq gələndə bir skanla təsdiq.
Analitika

Şəhərin dadına baxdın — indi öz rəqəmlərinə bax.

Rezervasiya axınını, populyar saatları və ləğvləri gör — sonra qərar ver. Hesabatı CSV ilə ixrac et.

Nümunə panel görünüşü — real məkan məlumatı deyil.

Loyallıq və kəşf

Qonağı geri qaytaran sistem.

Qonaq hər rezervasiyada dəyər qazandığını hiss etdikdə, münasibət birdəfəlik deyil, davamlı olur.

NamNam

Geri dönüş səbəbi

NamNam coin əsaslı loyallıq sistemi qurulub və rezervasiya axınına bağlıdır — qonağa yenidən gəlmək üçün səbəb yaradır.

Kampaniya

Özün qur, özün idarə et

Endirim və promo kampaniyalarını paneldən özün yarat, tədbir aç və bilet sat.

Kəşf

Qonaq axtaranda tapılırsan

Kateqoriya, xəritə və axtarışdan məkan səhifənə çatır — menyunu, rəyləri və 360° turu içəridən görür.

MairaMaira AI

Qonağın bələdçisi

Qonaq Maira-dan soruşur, o da real məkanlara və menyulara əsaslanan tövsiyə verir — sən də o siyahıdasan.

Sadiqlik — qonağın geri qayıtmaq üçün səbəbinin olmasıdır.
Necə işləyir

Dörd addımda canlı.

01

Bizə yaz

WhatsApp-dan bizə yaz — komandamız 24 saat ərzində səninlə əlaqə saxlayır.

02

Profilini qur

Foto, menyu, iş saatları və rezervasiya qaydalarını əlavə et.

03

Rezervasiyaları qəbul et

Qonaqlar tətbiqdən rezerv edir, sən paneldən idarə edirsən.

04

Böyü və ölç

Analitika və NamNam ilə təkrar ziyarətləri artır.

FAQ

Restoran sahiblərinin sualları.

Masalarını doldurmağa bu gün başla.

Yazın, profilinizi quraq, canlıya çıxaq. Sənəd yoxdur, öncədən ödəniş yoxdur.